BaşlıcaMədəniyyət

İlk erməni müzikli “Karine” Londonda nümayiş olundu

Londonun «Cine Lumiere» kino teatrında 2016-cı ildə dünyasını dəyişmiş tanınmış erməni rejisör Arman Manaryanın ilk erməni müzikli olan “Karine”-nin nümayişi olub.

“Londonda qeydiyyata alınmış Britaniyanın «Kino Klassika» təşkilatı ilə İngilis Film İnstitutunun əməkdaşlığı ilə iri miqyaslı müzikli filmlərin (müzikllərin) nümayiş proqramı çərçivəsində 2020-ci il 21 yanvarında Londondakı «Cine Lumiere» kino teatrında erməni film irsinin ən yaxşı nümunələrindən biri – Arman Manaryanın ilk erməni müzikli “Karine” (1969) filminin nümayişini təşkil edildi”,- Amerikadakı erməni Milli Komitəsinin məlumatında deyilir.

Arman Manaryan erməni kinomatoqrafın klassiklərindən biridir. O Tjvjik”, “Karine”, “Qayıdış”, “Ağ sahillər”, “Yoldaş Panjuni” bir sıra digər filmləri çəkib. O, 1957-ci ildə Ermənistan SSR-in əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.

Xatırladaq ki, Arman Manaryan 2016-cı il fevralın 16-da 86 yaşında vəfat etmişdir.

Daha çox göstər
Back to top button