BaşlıcaSiyasət

Ermənistan Ordusunun qüdrəti. Silahlı qüvvələr müasir silahlarla təchiz olunub

Ermənistan Respublikasının Silahlı Qüvvələri üçün 2019-cu il xeyli uğurlu il idi. Silahlı Qüvvələrdə hərbi qulluqçularının əmək haqqı artırılıb, yeni qida sisteminə keçirilib, təmas xəttində infrastrukturun yaxşılaşdırılmasına yönəlmiş işlər davam edib. Ötən il silahlanma baxımından da ER SQ üçün uğulu idi. SQ ən müasir hərbi texnikalarla təmin etməyə davam edib.

Ermənistanın İctimai Radiosu “Armenpress”-ə istinadən ER Silahlı Qüvvələrinin 28-ci ildönümü münasibətilə son vaxtlar əldə etdiyi silahları təqdim edir.

“Tor-M2KM” zenit-raket sistemləri

Ötən il ərzində ER SilahlıQüvvələri 2019-ci il istehsalı “Tor-M2KM” qısa mənzilli zenit-raket sistemləri ilə təmin olunub. Bu barədə ER baş naziri facebook səhifəsində yazıb. “Bu ildə ən vacib nailiyyətlərimizdən biridir”-deyə Nikol Paşinyan yazıb.

“Osa-AK” zenit-raket kompleksləri

2019-cu ildə ER Silahlı Qüvvələri Osa-AK” zenit-raket kompleksləri ilə təmin olunub. 2019-cu ilin dekabrın 27-də ER Baş naziri Nikol Paşinyan “Osa-AK” zenit-raket komplekslərini və onların texniki imkanlarını təqdim etdi.

SU-30 çoxməqsədli qırıcıları

ER Silahlı Qüvvələri 2019-cu ildə SU-30SM çoxməqsədli qırıcıları ilə təmin olunub. Dekabrın 27-də ER baş naziri müdafiə naziri Davit Tonoyan və ER Baş qərargah rəisi Artak Davtyan ilə qırıcıların nümayiş uçuşlarını izlədi.

Daha çox göstər
Back to top button