Başlıcaİctimaiyyət

Yaponiya Ermənistana 22 yanğınsöndürən maşın verdi

Fövqəladə Hallar Nazirliyində Yaponiya hökuməti tərəfindən  Ermənistan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 22 yanğınsöndürən maşının təhvil verilməsi mərasimi keçirildi.

Tədbirdə ER FH naziri Felix Tsolakyan, Yanponiyanın Ermənistandakı fövqəladə və səlihiyyətli səfiri Cun Yamadan və digər yüksək səviyyəli şəxslər iştirak etdi.

Felix Tsolakyan Yaponiya  hökumətinə ünvanlı və təmənnasız dəstəyə görə təşəkkür etdi. “Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Yanğınsöndürmə texnikasının təkmilləşdirilməsi proqramı çərçivəsində Ermənistan Fövqəladə Hallar Nazirliyinin Şirak, Lori və Syunik marzlarının xilasetmə bölmələrinə təxminən 1 milyard, 540 mln Yapon yeni (14 mln dolar) yardım Ermənistan-Yaponiya uzunmüddətli və xüsusi  əməkdaşlığın daha bir sübutudur”- deyə Tsolakyan qeyd etdi.

Ermənistan Hökuməti ilə Yaponiya Qrant sazişi 2017-ci il sentyabrın 6-da imzalanmışdır və Şirak, Lori və Syunik marzlarının xilasetmə bölmələrini texniki avadanlıqla təmin etmək məqsədi daşıyır.

Daha çox göstər
Back to top button