Ermənistan koronavirus laborator müayinələrini alıb

Ermənistan koronavirus laborator müayinələrini alıb. Bu barədə ER Səhiyyə naziri Arsen Torosyan “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Az öncə biz koronavirus üçün laboratoriya müayinələri aldıq.Onlar xəstəliyin qarşısının alınması və müalicəsi üçün olduqca vacibdir. Bu günə qədər xəstəliyə xas olan simptomları olan bir xəstəmiz olmayıb.amma bundan sonra şübhəli hallarda laborator müayinə keçirə biləcəyik. Digər bütün epidemiya əleyhinə tədbirlər lazımi qaydada həyata keçirilməkdədir”-Arsen Torosyan qeyd edib.Koronavirusun yeni növünə yoluxanların sayı dünyada 14000-i keçib. 300-dən çox insan dünysını dəyişib.İlk ölüm halı Çinin xaricində Filippində qeydə alınıb. Mərhum infeksiyanın episentri sayılan çinli Vuhandandır.Ermənistana gətirilən testlər 200-dür RF tərəfindən verilib.







