Səninləyik Çin: Erməni icması çinlilərə dəstək video materialını dərc edib
Çinin erməni icması internetdə koronavirusla mübarizə aparan çinlilərə dəstək videosunu yayımladı. Filmdə Çinin müxtəlif yerlərində, Hong Kong və Ermənistanda yaşayan ermənilər Çinə olan sevgilərini vurğulayır və ölkə və xalqının koronavirusa qalib gələ biləcəyinə əmin olduqlarını bildiriblər.
Onlar Dəstək mesajı olan “Jia You” ifadəsini istifadə ediblər. Verilən məlumata görə video materialı öz Feysbuk səhifəsində Çin və Honkonqun erməni icmasının sədri, Honkonqun FinTech Asosiassiyasının sədri Henri Arslanyan yerləşdirib. O, yazaraq qeyd edib ki, Çində erməni icmasıyla Koronavirusla həyacanlandırıcı mübarizədə Çinə dəstək olduğu üçün ürəkağrıdıcı “China” video çarxı üçün oradakı erməni icmasıyla qürür hissini keçirir. Videoda Arslanyan da çıxış edir:
“ Sevimli Çinli dostlar, ümid edirəm ki, bildiyiniz bu çətin və ağır günlərdə, bizim erməni icmamız və dünyanın hər yerində olan ermənilər hər zaman sizinlə yan-yanaşı olacaqlar yanınızda olacaq, sizə kömək və dəstək verəcəkdir”-deyərək o, qeyd edir.Çin bir neçə həftədir ki, Koronavirusa qarşı mübarizə aparır, hansı ki, təkcə Çinə deyil, dünyanın digər ölkələrinə də yayılaraq insan həyatını tərk edir.Çində 2019-nCoV virusunun səbəb olduğu sətəlcəm qurbanlarının sayı bir gündə 108 nəfər artaraq, cəmi 1016 nəfər ölmüş və təxminən 4 000 nəfər sağalmışdır. Fevralın 11-də olan müddətdə ölkədə infeksiyanın sayı 42 min 638-ə çatıb.







