
ABŞ dövlət departamentinin Demokratiya, İnsan haqları və Əmək münasibətləri üzrə bürosu Ermənistanda “demokratiya mədəniyyətinin” inkişafı naminə 641.000 dollardan artıq pul ayırmağı nəzərdə tutub. Bu haqda ABŞ dövlət departamentinin rəsmi saytında məlumatlandırılıb.
“Bu proqramın məqsədi Ermənistanın vətəndaşlıq cəmiyyətində dezinformasiyanı aşkarlamaq, onun yayılmasının qarşısını almaq və təsirini azaltma qabiliyyətini inkişaf etdirməkdən ibarətdir”-deyərək dövlət departamenti sənədində bildirilir.
Proqram çərçivəsində mütəxəssislər Ermənistan vətəndaşlarına kiberhücumlardan qorunmaq üçün informasiya təhlükəsizliyinin əsaslarını öyrədə bilərlər. Proqramın aspektlərindən biri də həqiqətə uyğun olmayan məlumatların mövcudluğunu yoxlamaq üçün yerli KİV-i izləmək və monitorinq həyata keçirməkdir.
Fərz edilir ki,proqramı “Erməni ictimaiyyətinin dezinformasiya və ona qarşı mübarizə aparmaq üçün mövcud vasitələr haqqında məlumatlılıq səviyyəsinin yüksəldilməsinə” istiqamətləndirmək nəzərdə tutulur.
Proqram 18-dən 24 aya qədər davam edəcək və qrantın dəqiq məbləği 641.975 dollar təşkil edəcək.







