
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 24-25-də Azərbaycana səfərə gələcək. Türkiyənin “QHA” nəşrinin yaydığı məlumata görə, səfər çərçivəsində Türkiyə dövlət başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşəcək.
Dövlət başçılarının Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasına sədrlik edəcəyi gözlənilir.
Səfər zamanı bir sıra sənədlər imzalanacaq. Agentliyindən qeyd edilir ki, bunlar ticarət sənədləridir.







