ABŞ konqresmenləri seçkiləri müşahidə etmək üçün öz idarə işçilərini Qarabağa göndərəcəklər

Amerikanın Səsi xəbər verir ki, bir sıra ABŞ konqresmenləri Qarabağ tərəfinin dəvətiylə işçilərinin 31 mart seçkisini izləmək üçün Dağlıq Qarabağa gedəcəyini bəyan etmişlər.
Biz şübhəsiz ki, Martın 31-də Artsaxda ədalətli seçkiləri görmək istəyirik. Buna görə də sizə xəbərdarlıq etmək istəyirəm ki, mən öz oş heyətimdən bu prosesi izləmək üçün göndərməyə qərar verdim”-deyərək konqresmen qeyd edib.
Dağlıq Qarabağı tanımayan rəsmi Bakı oradakı bütün seçkiləri “işğal olunmuş ərazilərdə siyasi şou”adlandırıb.
Konqresmen Jackie Kançelyan Spear deyir ki, Azərbaycan Qarabağın müstəqilliyini tanıyıb-tanımasa da, orada həyat inkişaf edəcək. “Oradakı demokratiyanın davamlı olması çox bizim üçün də vacibdir”.
Ceyms Conson, konqresmen Fran Pallone əlavə edir: Dünyaya Dağlıq Qarabağda demokratiyanın bərqərar olduğunu göstərmək çox vacibdir. “Biz qeyd etmək istəyirik ki, Artsaxda azad cəmiyyətin bütün standartlarına cavab verən bir demokratiya mövcuddur”.
Konqresin bir sıra qərarlarına baxmayaraq, ABŞ Dövlət Departamenti əvvəllər Dağlıq Qarabağ bölgəsindəki seçkiləri tanımamışdır.







