
Rusiyada yaşayan talış fəalı Rustam Ağayev və ailəsi naməlum şəxslər tərəfindən təhdid olunur. Bu barədə Rusiyada Talış Təşkilatından bildirilib. Milliyyətcə talış olan Ağayev hazırda Tumendə yaşayır. Təhdirdlər siyasi fəaliyyətinə görə ola bilər.
Ağayev Azərbaycan hakimiyyətini tənqid edir. Rusiyadakı Talış təşkilatının rəhbərləri hesab edirlər ki, təhdirdlər məhz bununla əlaqadardır və Azərbaycan tərəfindən gəlir. Yaxın vaxtlar fəallar bu cür presedentlərin təkrarlanmaması üçün Rusiya hüquq mühafizə orqanlarına müraciət edəcəklər.







