
Ermənistanın Müdafiə naziri David Tonoyan və Gürcüstanın Müdafiə naziri İrakli Ğaribashvili bölgədə sülhün alternativsiz olduğu məsələsində həmrəydir.
Bu haqda nazirlərin fevralın 27-də etdiyi birgə bəyanat zamanı Ğaribashvili bildirib. “David Tonoyan ilə biz çox maraqlı və dərin bir görüş keçirdik ,ikitərəfli və çoxtərəfli əməkdaşlığın formatı ilə bağlı müxtəlif mövzuları müzakirə etdik. Regional problemlər barədə fikir mübadiləsi apardıq.
Bununla yanaşı, yaxşı qonşuluq münasibətlərinin inkişaf etdirilməsi, münaqişələrin dinc yolla həllinə alternativ, habelə bölgədə sülh və sabitliyin qorunması üçün alternativlərin olmadığına dair razılığa gəldik-deyərək Gürcüstan Müdafiə naziri qeyd edib.
İrakli Ğaribaşvili əlavə etdi ki, özü üçün Ermənistana səfər etmək şərəfdir.
“Mənim üçün necə Gürcüstanın Müdafiə naziri kimi Ermənistana gəlmək şərəfdir.Bir ölkə, hansıyla biz çox yaxşı xeyirxah münasibətlərdəyik və artıq yüzilliklər boyu qarşılıqlı etiramlı olmuşuq.
Bunun dəlili həm də ikitərəfli əməkdaşlıq formatında gördüyümüz müsbət, artan dinamikamızdır”-deyərək nazir Ğaribaşvili qeyd edib.Xatırladaq ki,Gürcüstanın Müdafiə naziri İrakli Ğaribaşvili Ermənistana iki günlük rəsmi səfərə gəlib.







