BaşlıcaBeynəlxalq

Vəkil Amal Clooney jurnalist Xədicə İsmayılla bağlı hökmü alqışlayıb

Təhqiqatçı jurnalist Xədicə İsmayılın müdafiəçiləri Avropa İnsan Haqları Məhkəməsinin onunla bağlı qərarını alqışlayıblar. Bu barədə “Azadliq.org” saytı məlumat yayıb.

Fevralın 27-də verilmiş məhkəmə qərarında jurnalistin həbsi və mühakiməsi Avropa İnsan Haqları Konvensiyasının pozulması kimi qiymətləndirilir.

Xədicə İsmayılın Azərbaycan hökumətinə qarşı iddiasının araşdırılmasında jurnalistin hüquqlarını vəkillər – Doughty Street Chambers firmasından Amal Clooney, habelə Medianın Hüquqi Müdafiəsi Təşəbbüsündən (Media Legal Defence Initiative) Nani Jansen Reventlow və Alinda Vermeer müdafiə edirdilər.

Onlar bildiriblər AİHM-nin bu qərarı Xədicə İsmayılın bütün arqumentlərinin tam təsdiqi deməkdir. Bu arqumentlərə görə hakimiyyətin əsas motivi jurnalistin susdurulması olub. Bəyanatda deyilir ki, məhkəmə Xədicə İsmayılın təqibinin, ümumiyyətlə Azərbaycanda jurnalistlərə və müstəqil fikrə qarşı daha geniş kampaniyanın bir hissəsi olduğunu qeyd edib.

Bəyanatda Azərbaycanda hələ də təqib edilən və ya saxta ittihamlarla həbsxanada olan jurnalistlərdən də söz açılır.

Amal Clooney bu işlə əlaqədar deyib: “Ciddi korrupsiya və insan haqları pozuntularını ifşa etmiş Xədicə ölkədə təhqiqat jurnalistlərinin yeni nəslini ilhamlandıran cəsur jurnalistdir. Biz bugün Avropa İnsan Haqları Məhkəməsinin – hökumətin onu susdurmaq üçün əl atdığı tədbirlərin qəddar və ədalətsiz olduğunu təsdiq etməsini alqışlayırıq. Biz habelə Məhkəmənin Azərbaycanda “mühakimə vasitəsilə qisas alınması və cinayət məcəlləsindən sui-istifadə edilməsi” ilə qanunun həqiqəti demək üçün özündə cəsarət tapan jurnalistlərə qarşı silaha çevrilməsini tanıdığına görə təşəkkürümüzü bildiririk. Mən ümid edirəm ki, bu hökm Xədicənin və başqa insan haqları müdafiəçilərinin öz mühüm işlərini görə bilmələri üçün belə praktikalara son qoya biləcəkdir”.

Daha çox göstər
Back to top button