
Politoloq, Şərqşünas Karine Gevorgyan, Türkiyənin Suriyada və digər bölgələrdə artan aktiv siyasəti fonunda “Erməni məsələsinin” aktuallaşdırılması mövzusunda çıxış edib.
O, ABŞ Prezidenti Vudro Vilsonun 1920-ci ildəki Erməınistanın sərhədlərini müəyyənləşdirmək, arbitraj qərarından danışdı ki, həmin tərkibə, Qərbi Ermənistanın Qara dənizə çıxışıyla yanaşı (müasir Türkiyənin bir hissəsi), həmçinin Naxicevan və Qarabağ bölgələri də daxil edilmişdir.
“Bu isə (Vilsonun qərarı-red) Birləşmiş Ştatların hazırkı Türkiyə Respublikasının ərazilər üzərində yurisdiksiyasını tanımadığını,lakin bu haqda uca səslə qışqırmamağını göstərir. Amerikalılar öz bazalarını demək olar ki,bu ərazinin perimetri ətrafında yerləşdirmişlər. Belə ki, bu istənilən vaxt yenilənə bilər”-deyərək Gevorkyan “Radio Avrora”nın efirində qeyd edib.
Gevorgyanın sözlərinə görə, Türkiyə rəhbərliyi və prezident Erdoğan bu problemi şox yaxşı bilirlər.
XX əsrdə Türkiyə Amerikaya ,Türkiyənin müasir sərhədlərini təstiq edəcək Lozan müqaviləsini imzalamaq istəyi ilə müraciət etmişdir.
“Məhz Vilsonun arbitraj qərarına əsasən ABŞ Lozan müqaviləsini imzalamadı.Onu indi də etməkdən imtna edir və qanunla onlar nöqsansız davranırlar. Onlar türklərə baxır və onları qarmaqda saxlayırlar. İstənilən anda, istənilən vaxt onu çıxara bilərlər (Vilsonun qərarı – red) və o işləyəcəkdir.O zaman ümumiyyətlə Qarabağ konflikti aradan cıxarılar”-deyərək o, qeyd edib.
Karine Gevorgyan həmçinin qeyd etdi ki, Kars müqaviləsi bolşeviklər və Atatürk arasında imzalandı və ona əsasən Naxicevan və Qarabağ Azərbaycana verildi, 2021-ci ildə həmin müqavilə sönür və o “öz-özlüyündə ölür,ləğv olunur”. Çünki, artıq iştirak edən və imzalayan ölkələr və həmin formatda hansılar ki, onlar sənədi imzalamışlar mövcud deyil.
USARMINFO daha əvvəl bildirmişdi ki, Türkiyə prezidentinin administrasiyası, milli azlıqların qeyri-hökumət təşkilatlarına, İdlibdə (Suriya) Türkiyə hərbi əməliyyatını dəstəkləyən bir bəyanat imzalamaq tələbi ilə göndərmişdi.







