
ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Artak Davtyan Cənub-şərqdə yerləşən hərbi hissələrdə olub.
Bu barədə ER Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Hərbi təlimlərdən birində Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi atəş hazırlığının artileriya kompleksində yeni təlimlərin gedişatını izləyib və müvafiq tapşırıqlar verib.
General-leytenant Artak Davtyan döyüş bazalarına da baş çəkib, yerindəcə sərhəd xəttində hökm sürən vəziyyətlə ,şəxsi heyətin fiziki, döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsi, döyüş növbətçiliyi şəraiti, mühəndislik və möhkəmləndirmə işləri ilə yaxından tanış olmuşdur.







