
Amerika Erməni Araşdırmaları mərkəzi”nin rəhbəri, beynəlxalq ekspert Suren Sarkisyan öz Feysbuk səhifəsində həmsədrlərin “Dağlıq Qarabağın azərbaycanlı İcma” nümayəndələri ilə görüşünə istinad edərək bir yazı yerləşdirib.
O, xüsusilə qeyd edib ki, bu görüş qalan igörüşlər üçün yaşıl işıq yandırdı. Qeyd edək ki, bu gün “Adekvad” birliyinin təsissçisi Artur Danielyan Facebook səhifəsində Böyük Britaniyanın Azərbaycandakı səfirinin “Dağlıq Qarabağın azərbaycanlı İcma” nümayəndəsi ilə görüşdüyünü deyən bir yazı yerləşdirib.
“Yenidən deyirəm. Ermənistan tərəfinin razılığı olmadan həmsədrlər Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndəsi ilə görüşməzdilər.
Həmsədrlərin görüşü leqitimləşdirdi və qalanlara yaşıl işıq yandırdı. Erməni tərəfi DQR nümayəndəsini qanuniləşdirmək və “düzəltmək”barədə razılığa gəlmişdir, buna görə demarş edə bilməyəcək”.







