Ermənistanda qaçqınların və sığınacaq axtaranların hüquqlarının müdafiəsi sahəsində Ombudsmanın fəaliyyəti Avropada nümunəvilərdəndir: beynəlxalq hesabat yayımlanıb

Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsi (ENNHRİ) qaçqınlar və sığınacaq axtaran şəxslərin hüquqlarının qorunması və təşviqi ilə bağlı xüsusi hesabat yayımladı. Hesabatda qaçqın və sığınacaq axtaranların, yəni miqrant hüquqlarının müdafiəsi sahəsində Ermənistanın Ombudsmanının təcrübəsi Avropada aparıcılardan biri sayılıb.
Ümumiyyətlə, ENNHRİ-nin məqsədi Avropada insan hüquqlarının qorunması və təşviqidir. Quruma 40 Aİ və AŞ insan hüquqlarının milli institutu qoşulur. Şəbəkə müxtəlif sahələrdə üzvlərin təcrübəsinin mübadiləsi, dəstəyi və ümumi problemləri üçün səmərəli platforma rolunu oynayır.
Hesabatda Ombudsmanın xüsusi qurumlara monitorinq səfərlərinə toxunulub. Həm də Ermənistan və Gürcüstan ombudsmanlarının iş idarələri tərəfindən sərhəd keçid məntəqələrində birgə monitorinq təcrübəsi qeyd edilir.
Müsbət nümunə olaraq, BMT-nin qaçqınlar məsələləri üzrə ali komissarının erməni nümayəndəliyi və Erməni Qrmızı Xaç Təşkilatının əməkdaşlığı çərçivəsində Ombudsman tərəfindən maraqlı tərəflər üçün təşkil edilmiş təlimlər və müzakirələr qeyd edilir.
Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsi, Ombudsmanın “Qaçqınların və Sığınacaq axtaranların Hüquqlarının Müdafiəsi ilə bağlı” hesabatına da toxunaraq, nəticələri, qanunvericilik və miqrasiya xidmətinin qərarları ilə bağlı Ombudsmanın təkliflərini diqqətə çatdırdı.







