
Martın 10-da Artsax prezidentliyinə namizəd, Artsax qəhrəmanı, general Vitali Balasanyan Stepanakertdə Şarl Aznavur adına Mədəniyyət mərkəzində seçicilərlə görüş keçirib. Bu haqda Artsax Prezidentliyə namizədin seçkiqabağı qərargahından məlumat verilib.
Hər kəsi salamlayan Vitali Balasanyan bölgədəki problemlərdən danışmış və öz narahatlığını bildirmişdir.
“Həm bu gün, həm dünən həm də Azərbaycan yaxud o ölkələr , hansılar ki, bölgəmizdə öz mənafelərini güdür ərazi bütövlüyü barədə danışırlar.
O ərazi hansı ki, bu gün bizim Konsitutiyamızla təstiq olunubdur alqı-satqı olayı deyil, olmayıb və olmayacaqdır,buna icazə verməyəcəyik, şəxsən mən”.
Balasanyanın fikrincə, Artsaxda təyinatlı hakimiyyət olmağa icazə verilməməlidir. Bu birmənalı şəkildə uçurumlu olacaq.
Azərbaycan dəfələrlə Artsax məsələsini hərbi yolla həll etməyə çalışıb. “Qarabağ məsələsi qətiyyən, heç vaxt hərbi yolla həll oluna bilməz”- deyərək Vitali Balasanyan bəyan etdi.
Balasanyanın sözlərinə görə, bu gün dünya partlayış təhlükəsi vəziyyətindədir və Artsax sərhədlərində təxribatlar da istisna edilmir. Bölünmüş cəmiyyət bu vəziyyətdə sadəcə olaraq təhlükəlidir.
Artsax qəhrəmanının sözlərinə görə, o, Artsax Prezidenti Bako Sahakyan ilə problemlər barədə də danışıb dərin narahatlığını və parçalanmanın talebaxımlı ola biləcəyini dilə gətirib.







