Alina Nikoğosyan: “Nork”un infeksion xəstəxanasına aparılan pasient dünyasını dəyişib,onun koronovirus testinin nəticəsi mənfi olub”

Səhiyyə Nazirliyinin mətbuat katibi , Alina Nikoghosyan bildirir ki, martın 17-də koronavirus xəstəliyində şübhəli bilinən “ağciyərində ikitərəfli sətəlcəm, tənəffüs çatışmazlığı”diaqnozu ilə bir pasient “Nork” İnfeksion xəstəxanasına aparılıb.
Ondan diaqnoz üçün nümunə götürülüb, analizin nəticəsi mənfi olub. “Eyni zamanda zəruri ürək-ağciyər reanimasiya tədbirləri həyata keçirilərkən ora əlavə briqada da cəlb olunub.
Təəssüflər olsun ki, sonuncunun həyatını xilas etmək mümkün olmayıb” – deyərək o, yazıb.Xatırladaq ki,martın 17-də pasient koronavirus şübhəsi ilə “ağciyərində , ikitərəfli sətəlcəm, tənəffüs çatışmazlığı” diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdir.Ondan analiz götürülüb və nəticə mənfi olub.
Eyni zamanda zəruri ürək-ağciyər reanimasiya tədbirləri həyata keçirilib, əmçinin əlavə bir briqada cəlb edilməsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.







