
Heritage Foundationun hazırladığı “İqtisadi azadlıq indeksi”nə görə, 2020-ci ildə Ermənistan 34-cü yerdədir, yəni “qismən azad” ölkələr qrupundan “əsasən azad” ölkələr qrupuna keçibdir. Ermənistan iqtisadiyyatının səviyyəsi 70.6 bal qiymətləndirilib. Keçən ildə isə, Ermənistan 47-ci yerdə idi.
Bölgədə “əsasən azad” ölkələr qrupuna yalız Ermənistan və 12-ci yerdə olan Gürcüstan daxil olub. Azərbaycan 44-cü, Türkiyə 71-ci, İran isə 164-cü yerdədir. Rusiya 94-cü, Qazaxıstan – 39-cu, Belarusiya – 88-ci yerdədir.
Siyahıya 180 ölkə daxil olundu. Sinqapur, Hong Kong, Yeni Zelandiya, Avstraliya və İsveçrə ən azad iqtisadiyyata malik olan ölkələr beşlikdədir. Boliviya, Konqo, Eritreya, Venesuela və Şimali Koreya isə siyahı sonuncularıdır.









