Başlıcaİctimaiyyətİdman

Ermənistanda koronavirusa yoluxanların sayı 122 nəfərə çatıb

Ermənistanda koronavirusa yoluxanların yeni 7 hadisəsi qeydə alınıb. Bu barədə ER Səhiyyə naziri Arsen Torosyan keçirdiyi mətbuat konfransı zamanı qeyd etdi.

“Daha 7 nəfərdə koronavirus aşkarlanıb. Hal hazırda 122 hadisə qeydə alınıb. Yeni hallar istehsalat hadisəsiylə əlaqədardır, yəni əvvəldən bizim nəzərimizdə idi”- deyə nazir qeyd edib.

Xatırladaq ki, ER hökuməti Ermənistanda fövqəladə vəziyyət elan edib. Fövqəladə vəziyyət rejimi 2020-ci ilin 16 mart tarixi saat 18:30-dan aprelin 14-ü saat 17:00-dək bütün Ermənistan Respublikasında davam edəcək.

Daha çox göstər
Back to top button