
Martın 18-də yeni koronavirus infeksiyasının Ermənistan Respublikasında və dünyada yayılması ilə əlaqədar olaraq, Artsax Respublikasında Artsax dövlət naziri Qriqori Martirosyanın sədrliyi ilə yeni koronavirusun qarşısının alınması ilə bağlı idarələrarası komissiya yaradılıb . Bu haqda Artsaxın İnformasiya qərargahının Facebook səhifəsində bildirilib.
“KİV-nin hərtərəfli və qərəzsiz şəkildə işıqlandırılmasında olan rolunu əhəmiyyətli sayaraq , komissiya çərçivəsində informasiya qərargahı fəaliyyət göstərir ki, o da KİV-nə rəsmi məlumatların verilməsi prosesini sistemləşdirəcək və Artsaxda yeganə birləşmiş informasiya platformu olacaqdır.Orada ali idarələrarası komissiyanın fəaliyyətinə dair rəsmi məlumatlar yerləşdiriləcək.

KİV-də olan tərəfdaşlarımızı əvvəlcədən məlumatlandırırıq ki, bizdə müxtəlif informasiya platformlarından ictimaiyyəti üçün maraq irəli sürən sorğular toplanacaq ki, onların cavabları ehtiyaca əsasən ya bizim informasiya axınımızla, yaxud ali idarələrarası komissiyası tərəfindən səlahiyyətli nümayəndələrin mətbuat icmalları, açıqlamaları və yaxud da informasiya materialları təsviriylə cavab olaraq veriləcəkdir.







