BaşlıcaBeynəlxalq

Ermənistan Dünya Xoşbəxtlik Hesabatında 116-cı yerdədir

BMT-nin 2020-ci il üçün “World Happiness” reytinqində Ermənistan 116-cı yeri tutub.

Dünya Xoşbəxtlik Hesabatı 156 ölkə vətəndaşlarının xoşbəxt olma göstəricisini təqdim edir. 2020 Dünya Xoşbəxtliyi Hesabatı dünyada ilk dəfə şəhərləri subyektiv rifahlarına görə qiymətləndirir və sosial, şəhər və təbii mühitin xoşbəxtliyinə necə təsir etdiyini daha dərindən araşdırır.

BMT Xoşbextlik Hesabatını martın 20-də Beynəlxalq Xoşbəxtlik Günündə təqdim edildi.

Ölkələr zənginliyi dəstəkləyən altı əsas dəyişənə görə sıralanır: gəlir, azadlıq, etibar, ömür uzunluğu, sosial dəstək və səxavət.

Ötən il olduğu kimi ən xoşbəxt ölkə də Finlandiya oldu. Ondan əlavə ilk onluğa daxildir: Danimarka, İsveçrə, İslandiya, Norveç, Hollandiya, İsveç, Yeni Zelandiya, Avstriya, Lüksemburq. Ən az xoşbəxt ölkələr Əfqanıstan, Cənubi Sudan, Zimbabve, Ruanda, Mərkəzi Afrika Respublikası, Tanzaniya, Botsvana, Yəmən, Malavi, Hindistandır.

Gürcüstan 117-ci, İran 118-ci, Azərbaycan 89-cu, Türkiyə 93-cü, Rusiya 73-cü yerdədir.

Daha çox göstər
Back to top button