
Dağlıq Qarabağ Respublikasında martın 23-də olan müddətəcən koronavirus infeksiyası (COVID-19) qeydə alınmamışdır. Bu haqda Artsax Respublikasının Səhiyyə nazirliyi məlumatlandırır.
“Saxta və təsdiqlənməmiş xəbərlərdən çəkinmək üçün təkrarən Artsax Respublikasında formalaşmış yeni koronavirusun yayılmasının qarşısını almaq işlərini sistemləşdirən Ali idarələrarası komissiyanın məlumat qərargahı vasitəsiylə yayılan rəsmi xəbərlər axınını izləməyə çağırırıq.
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün AR Səhiyyə nazirliyinin təklif etdiyi tədbirlərə əməl etməyi məsləhət görürük” – deyərək məlumatda qeyd edilib.







