BaşlıcaEkonomika

Heritage fondunun hesabatı: Ermənistan iqtisadi azadlıq göstəriciləri ilə dünyada 34-cü yerdədir

Heritage fondu “İqtisadi Azadlıq İndeksini” üzrə illik hesabatını yaydı. Hesabatda müxtəlif göstəriciərə əsasən Ermənistanın və dünya ölkələrinin iqtisadi azadlığı səviyyəsi təhlil edilir.

İqtisadiyyatın azadlığı göstəricilərinə görə, Ermənistan dünyada 34-cü yerdədir. Hesabata əsasən, Avropa qitəsində Ermənistan 18-cidir. Ölkəmizin göstəriciləri Orta Avropa və dünya gğstərlərindən yüksəkdir.

Ermənistan “əsasən azad” ölkələr qrupundadır. Gürcüstan (12-ci), Litva (16-cı), Latviya (32-ci) da eyni qrupundadır. ABŞ da eyni qrupdadır və 17-ci yerdədir. Dünyanın ən azad iqtisadiyyatı olan ölkə isə, Sinqapurdur.

Hesabatda Ermənistan barədə qeyd olunur ki, son 15 il ərzində iqtisadiyyatın azadlıq göstəricisi stabildi və “əslində azad” və “qismən-azad” qruplarında olmuşdur. Keçən il ərzində ölkə 3 nöqtə ilə irəli gedib və hesabata görə, bu vergi sahəsinin yaxşılaşması nəticəsindədir.

Bu gün hökumət konstruktiv islahatlar aparır və xarici investisiyalar cəlb etmək istiqamətində səylər göstərir. Sonrakı irəliləyiş üçün isə, məhkəmə-hüquq sahəsinin yaxşılaşdırıması və dövlət idarəçilik sisteminin tamamlandırmasına diqqət yetirilməlidir.

Ancaq bu göstəricilər keçən ilin inkişafını əks edir və Ermənistanda və dünyada koronavirus səbəbindən yaranmış vəziyyəti və böhranı nəzərdə tutulmur.

Ermənistan da koronavirusun iqtisadi nəticələrini aradan qaldırmaq üçün tədbir layihələri hazırlayır və yeni reallıq üçün yeni imkanlar yaradır.

Daha çox göstər
Back to top button