Ermənistanda koronavirusa yoluxanalrın sayı 249-a çatır, onlardan birinin səhhəti həddindən artıq ağırdır

Ermənistanda koronavirus xəstələrinin sayı 249-a çatdı, onlardan birinin vəziyyəti olduqcaağırdır. Bu haqda öz Facebook-un canlı yayımında ER Baş naziri Nikol Paşinyan bəyan edib.
Pasientlərin böyük əksəriyyəti “Nork”un İnfeksion xəstəxanasındadır, bəzilərində hətta hərarət yoxdur və əksəriyyətinin dərman qəbul etmədən belə da sağalma ehtimalı var. Tibb müəssisəsində onların qalmasının əsas məqsədi digər vətəndaşları yoluxdurmamaqdır.
Baş nazirin sözlərinə görə, yoluxmuşlar arasında 65 yaşdan yuxarı 11 nəfər, 70 yaşdan yuxarı 5 nəfər və 80 yaşdan yuxarı pasientlərsə yoxdur. Otuz nəfər pnevmoniyadan(ağ ciyər sətəlcəmi) əziyyət çəkir və onlardan 5-i intensiv terapiya şöbəsindədir, 77 yaşlı pasientin vəziyyətisə həddindən artıq ağırdır.
Hazırkı anda Ermənistanda 868 təcrid olunmuş vətəndaşımız var, 2419 vətəndaş üçünsə öz evlərində izolyasiya tədbiq olunub.







