
ER Baş naziri Nikol Paşinyan Facebook səhifəsindəki canlı yayımda “Demokratiya növləri”(V-Dem) İnstitutunun dərc etdiyi demokratiyalaşma barədəki hesabatına toxunub ki, orada Ermənistanın yüksək demokratikləşmə sürəti qeyd edildiyindən danışıb.
V-Dem qeyd edir ki, Ermənistandakı demokratiya fəalları indi dinc etirazların bəhrəsini dərə bilər. 2019-cu ildə demokratik yolla seçilmiş hökumət tam hakimiyyətə gəlib.
Baş nazir həm də “Heritage Foundation” tərəfindən dərc olunmuş Ermənistanın “İqtisadi Azadlıq İndeksi 2020” barədə danışıb.
Ermənistan ötən illə müqayisədə mövqeyini yaxşılaşdıraraq, “İqtisadi Azadlıq indeksi 2020” də 34-cü yeri tutub (2019-cu il indeksində Ermənistan 47-ci olub).
Ermənistan, əsasən, azad ölkələr sırasında 70.6 göstəricilərlə 180 ölkə arasındadır. Halbuki ötən ildə orta azad ölkələr sırasında 67,7 idi.







