BaşlıcaEkonomika

Azərbaycan dövlət işçiləri hesabına koronavirusla mübarizə aparır

Azərbaycanda həm müəssisələr, fiziki şəxslər və iş adamları, habelə büdcə təşkilatları və dövlət tərəfindən maliyyələşdirilən müəssisələr Koronavirusla Mübarizə Dəstək Fonduna ianələr edirlər.

Ölkənin iqtisadçıları hesab edir ki, belə bir siyasət büdcə təşkilatlarının işçilərinin maraqlarına ziddir və qlobal meyllərə uyğun deyil.
Bir sıra nazirliklər, idarələr və hüquq-mühafizə orqanları əməkdaşların əmək haqlarının 50% -i hesabına 1 milyon manata qədər ianə edirlər.

“Turan” İnformasiya agentliyi xəbər verir ki, Koronavirusla Mübarizə Dəstək Fonudına ölkən Baş Prokurorluğu 712 min manat, Daxili İşlər Nazirliyi 650 min manat, Maliyyə Nazirliyi 700 min manat, Səhiyyəvə Təhsil Nazirlikləri 100 manat, Fövqəladə Hallar Nazirliyi 760 min manat iandə etdi.

Daha çox göstər
Back to top button