Ermənistanda koronaviruslu pasientlərin müalicəsi üçün hansı dərmanlardan istifadə olunur?

Ermənistan xəstəxanalarında hidroksiklorokin var və onunla artıq 3 gündür ki, koronoviruslu pasientləri müalicə edirlər.Ona kimi eyni tərzlə 2 antivirus dərmanlarının kombinasiyasından da istifadə olunmuşdur ki, o da HIV(SPİD) infeksiyasını müalicə üçün nəzərdə tutulub.Bu haqda jurnalistlərlə söhbətində Səhiyyə naziri Arsen Torosyan bəyan edib.
Onun sözlərinə görə, erməni həkimlərinin hələlik bu və yaxud digər dərmanlarla koronavirus infeksiyasını müalicə etmək effektivliyi barədə xüsusi məlumatları yoxdur.Odur ki, müalicə metodlarını seçərkən İtalya,Çin və ABŞ həmkarlarının məlumatlarına əsaslanırlar.
İlkin məlumatlara görə ağ ciyət sətəlcəmi olan xəstələrə, eləcə də onlara kimlərin ki, hazıda ağ ciyər problemi yoxdur, lakin kimlər ki,xronik xəstəlikləri üçün risk qrupundadır, onlara azitromisin ilə birlikdə hidroksiklorokin veriləcəkdir. Qeyd etmək lazımdır ki, hidroksiklorokin, bəzi məlumatlara görə, koronavirus infeksiyasında təsirli ola bilən bir malyariya dərmanıdır.







