ArtsaxBaşlıca

Artsaxda ümumdövlət seçkilərində 963 müşahidəçi və 231 KİV nümayəndəsi iştirak edəcəkdir

Artsax Respublikası Prezidentinin və Parlamentin ümumdövlət   seçkilərində müşahidə missiyası aparmaq və seçkilərin gedişatını işıqlandırmaq üçün 963 müşahidəçi və 231 media nümayəndəsi Mərkəzi Seçki Komissiyası tərəfindən  vəkalətlənmişdir. Bu haqda  martın 30-da DQR Mərkəzi Seçki Komissiyasının  sədri Srbuhi Arzumanyan konfrans ərzində  bəyan edib.

“Artsaxın ümumdövlət  seçkilərində  müşahidə missiyasını aparmaq üçün 963 müşahidəçi, 231  KİV-i nümayəndələri  seçkiləri işıqlandırmaq üçün  vəkalətlənmişdir”- deyərək  Arzumanyan bəyan edib.

MSK sədri qeyd edib ki, koronavirus yoluxmasının yaratdığı problemlər səbəbindən ilk dəfə olaraq beynəlxalq təşkilatlar və xarici media nümayəndələri Artsaxdakı seçkiləri izləmək və işıqlandırmaq üçün missiya həyata keçirə bilməyəcəklər.

“İlk dəfədir ki, koronavirus səbəbiylə, 40 ölkədən 140 müşahidəçi və 38 ölkədən 40 KİV-nin nümayəndələri, Artsax Respublikasında seçkilərdə iştirak etməyə dəvət olunmuş və beynəlxalq müşahidə missiyaları həyata  keçirməyə dəvət edilənlər bu seçkilərdə iştirak edə bilmirlər”-deyərək Srbuhi Arzumanyan  qeyd edib.

Martın 31-də Artsax Respublikasında ümumdövlət seçkiləri keçiriləcək. Respublikanın Prezidenti  vəzifəsi yarışında 14 namizəd irəli sürülmüşdür, 12 siyasi qüvvə isə  parlamentdəki yerlər uğrunda mübarizə aparacaqdır.

Daha çox göstər
Back to top button