BaşlıcaTəhlil

Bakının “koronavirus” aqressiyası: Azərbaycanın diversiyaya cəhdinin qarşısı alındı

Martın 30-da, axşam saatlarında Azərbaycan tərəfi Tavuş rayonunun Bağanis, Voskevan və Koti kəndləri istiqamətini atəşə tutub. Voskevan kəndində Azərbaycan tərəfinin Silahlı Qüvvələrinin atəşindən 14 yaşlı uşaq yaralanıb və Yerevana aparılıb.

Daha sonra, Ermənistan Müdafiə nazirinin sözçüsü öz Facebook səhifəsində yazıb: ” Marın 30-da axşam saat 19.00-da Azərbaycan tərəfi Tavuş rayonunun Noyemberyan bölgəsindəki erməni mövqelərinə diversiyaya cəhd etdi. Erməni qüvvələrinin əməliyyatı sayyəsində rəqib geriyə atılıb, itkilər barədə məlumatlar dəqiqləşdirilir.

Erməni tərəfində itki yoxdur, əməliyyatlar nəticəsində iki əsgər yaralanıb. Eyni zamanda, rəqib Bağanis və Voskevan kəndlərini hədəfə alıb. Voskevan sakini olan bir uşaq eyvanda durarkən yaralanmışdır.

Sərhəd xəttində vəziyyəti sabitləşdirmək və pandemiya şəraitlərində Azərbaycan Silahlı Qüvvələrinin qeyri-insani hərəkətlərinə yol verməmək üçün, ER Silahlı Qüvvələri tam məsuliyyətlə vəziyyətə uyğun hərəkətlərə əl atmışlar. Bütün bunların məsuliyyətinisə Azərbaycanın hərbi siyasi rəhbərliyi daşıyacaqdır”.

Şübhəsiz ki, erməni qüvvələri Azərbaycan təxribatına layiqli cavab verəcəkdir, amma bizim narahatlığımız bununla keçmir.

İlham Əliyev rejimi koronavirus pandemiyası nəticəsində dünyada yaranmış çətin və qarışıq vəziyyətdən istifadə edərək, Ermənistan ərazisinə hərbi təxribatlara əl atır. Deməlidir ki, Azərbaycandakı avtoritar hakimiyyətin digər hədəfi də ölkəni müxalifətidir. Keçən gün Azərbaycanda növbəıti müxalifətçi fəalı həbs edildi. Sumqayıtda fəaliyyət göstərən “Yüksəliş naminə” saytının redaktoru polisə aparıldı.

Azərbaycanda çətin bir vəziyyət yaranıb. Bir tərəfdən rəsmi Bakı digər avtoritar ölkələrin nümunəsi ilə koronavirusa yoxulanların real saylarını gizlədir və bununla ictimaiyyətdə etirazlara səbəb olur, digər tərəfdən də neft qiymətlərinin düşməsi sosyal gərginliyin yeni ocaqları yaradır. Bu vəziyyətdə Əliyev hakimiyyəti bütün dünya koronavirusla mübarizə aparırkən öz xalqını anti-erməni isteriyası ilə birləşdirmək istəyir.

Belə bir vəziyyətdə erməni diplomasiyasının layiqli cavabla çıxış etməsi çox önəmlidir. Dünən Ermənistan XİN-in çox sərt reaksiyası olub, amma bundan başqa, pandemiya məsələsi nə qədər də vacib olsa, rəsmi Yerevan ATƏT-in Minsk qrupu həmsədrləriylə aktiv işləməlidir.

Digər yandan da, Yerevan KTMT ilə daha iddiaçı bir mövqedə olmalıdır, çünki bu təşkilatın Ermənistana qarşı öhdəlikləri var və bunların yerinə yetirilməməsi ölkəmizlə bu təşkilat arasındakı əlaqələrin böhranına gətirib çıxaracaqdır.

Daha çox göstər
Back to top button