
Ermənistanda koronavirusa yoluxanların sayı 532-yə çatdı. Bir gündə 50 nəfərin test nəticələrinin cavabı müsbət gəldi.ER Səhiyyə nazirliyinin mətbuat katibi Alina Nikoghosyan məlumatı öz Facebook səhifəsində bəyan edib. “Onlardan 23-ü karantində olub, 24 nəfərdə təstiqlənmişdir, onlar kontaktda olmuşlar. Üç hadisənin təmaslanmaq dairəsi aydınlaşdırılır”-deyərək o qeyd edib.
Dünən Ermənistanda koronavirusa yoluxanların sayı 482 nəfər olub.
Martın 30-da hökumət iclasında nazir Arsen Torosyan Ermənistanda qeydiyyata alınan 482 xəstədən 14-də vəziyyətin ağır olması, 1-nin vəziyyətinin çox ağır olduğunu bildirdi. Nazir bununla birlikdə həddindən artıq ağır olanların vəziyyətinin ağır olacağına ümid edir.
İki ağır xəstənin vəziyyəti həkimlərin işi sayyəsində son dərəcə ciddi bir mərhələyə çatmayacaq.
Nazir daha sonra 49 və 60 yaşlı xəstələrin reanimasiya şöbəsindən adi palataya köçürüldüklərini və burada müalicələrini davam etdirəcəklərini bildirdi.
Xatırladaq ki,Ermənistanda ilk koronavirus infeksiyası hadisəsi martın 1-də qeydə alınıb. Yoluxmuş şəxs İrandan Yerevana gələn və artıq xəstəxanadan çıxmış 29 yaşlı bir kişi olub.







