BaşlıcaSiyasət

Ermənistan və İsrail mütəxəssisləri koronavirusun aradan qaldırılması yollarını müzakirə edəcəklər

Ermənistan və İsrail ekspertləri koronavirus virusunun aradan qaldırılması ilə bağlı video konfrans keçirəcəklər. ER Prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, prezident Sarkisyanla İsrail Səhiyyə Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin direktoru, İsrailin COVID 19 üzrə koordinatoru, doktor Aşer Şalmon arasında telefon danışığı zamanı belə bir razılıq əldə olundu.

“Doktor Şalmon İsraildə koronavirusun aradan qaldırılması üçün atılan addımları ətraflı təqdim edib. Söhbət zamaı İsrailin Ermənistana mümkün yardımı məsələsi müzakirə edildi və Ermənistanın ehtiyaclarına aydınlıq gətirilib”- deyə mesajda qeyd edilir.

Sarkisyan və Doktor Şalmon yaxın günlərdə Ermənistan və İsrail mütəxəssisləri arasında əməkdaşlığın müəyyən sahələrini aydınlaşdırmaq və əməli addımlar atmaq üçün video konfrans keçiriləcəyinə razılıq verdilər.

Xatırladaq ki, Ermənistan və İsrail prezidentləri arasında telefon danışığından bir neçə gün sonra, prezident Sarkisyanın təşəbbüsü ilə, ER Səhiyyə naziri Arsen Torosyan və İsrailin COVID 19 üzrə koordinator, doktor Aşer Şalmon arasında söhbət baş tutub. Koronavirusla mübarizədə iki ölkənin təcrübəsini təqdim etdilər və peşəkar təmasları davam etdirməyə razı oldular. İsrailin Koronavirus təcrübəsi Ermənistan üçün faydalı ola bilər.

Ermənistanda koronavirus xəstəliyinə yoluxanların sayı bu gün 571 nəfərə çatıb, İsraildə 5591 nəfərdə koronavirus aşkarlanıb.

Daha çox göstər
Back to top button