BaşlıcaBeynəlxalq

Konqresmen Palon Azərbaycana verilən hərbi yardımı dərhal dayandırmağa çağırıb

ABŞ Konqresinin Erməni Məsəələri üzrə Komissiyasının həmsədri Frank Palon martın 31-də ABŞ-ın Ermənistana hərbi yardımını genişləndirməyə, Azərbaycana göstərilən hərbi yardımı isə, Ermənistan və Artsaxa qarşı Azərbaycan prezidenti Əliyev rejiminin davamlı hücumlarına görə dərhal dayandırmağa çağırıb. Bu barədə ABŞ-dakı Hay Dat komitəsi məlumat yayıb.

“Birləşmiş Ştatlar Azərbaycana verilən hərbi yardımı, bu ölkənin hökuməti Ermənistan və Artsaxa hücumlarını dayandırmazsa, regional münaqişələrin sülh yolu ilə həllinə razılaşmazsa və insan hüquqlarını pozmamasını sübut etməzsə, dərhal dayandırılmalıdır”,-deyə Palon Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsindəki çıxışında bildirib.

O həmçinin qeyd etdi ki, regional proseslərə, Ermənistanın etdiyi kimi demokratik dəyişikliklərə və eyni zamanda strateji əməkdaşlığın gücləndirməsinə daha böyük dəstək təkanı verməlidirlər.

Hay Dat Komitəsinin (ANCA) müdiri Aram Hamparyan Palonə Azərbaycana verilən yardımın dayandırıması üçün göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirib və qeyd edib ki, bu yardım Azərbaycanı gücləndirərərk Ermənistan və Artsaxa qarşı təcavüz törətmələrə təşviq edir.

Xatırladaq ki, martın 30-da Tavuş istiqamətində diversiyaya cəhdi baç verib. Rəqib eyni zamanda Bağanis və Voskevan kəndlərini də atəşə tutub, nəticədə isə, Voskevan kənd sakini olan bir uşaq yaralandı.

Daha çox göstər
Back to top button