BaşlıcaSiyasət

Alen Simonyan Artsax seçkilərini Azərbaycanda keçirilən seçkilərdən daha yaxşı hesab edir

ER parlamentinin  sədr müavini Alen Simonyan Artsaxda keçirilən Prezident və parlament seçkilərini Azərbaycanda keçirilən seçkilərdən daha yaxşı hesab edir. Bu haqda Simonyan Artsaxda ümumdövlət  seçkilərinin ER  parlamentinin monitorinq qrupunun mətbuat konfransı ərzində bəyan edib..

“Artsaxda baş verən demokratik proseslər Artsaxın necə respublika olduğunu nümayiş etdirir. Əminəm ki, bu seçkilər heç bir halda şübhə doğurmayacaqdır. Onlar haqqında danışanda onları bölgə ölkələri ilə müqayisə edirik.

 Əgər Ermənistan Respublikası və Gürcüstan Respublikasının, seçkiləri səviyyəsini bir kənara qoysaq, bölgədə  Artsaxda keçirilən seçkilər, sözsüz ki,qonşu ölkəyə nisbətən daha yaxşıdır” –deyərək Simonyan qeyd edib.

Martın 31-də Artsaxda keçirilən Prezident və parlament ümumdövlət seçkilərində 76 min 471 seçici və ya seçki hüququna  malik olan vətəndaşların 72,7-i  səs vermişdir.

Artsaxda Prezidentliyə namizəd olan 14 nəfər – Kristin Balayan, Vitali Balasanyan, Sergey Amiryan, David Babayan, Bela Lalayan, Arayik Harutyunyan, Hayk Xanumyan, David Işxanyan, Vahan Badasyan, Masis Mayilyan, Aşot Ğulyan və Melsik Poghosyan mübarizə aparıb.

Prezident seçkiləri ikinci tura keçdi. “Azad Vətən” partiyasının lideri Arayik Harutyunyan və Artsax Xarici işlər naziri Masis Mayilyan ən çox səs toplamışdır.

Artsax Respublikasının parlamentində  5 siyasi komanda  təmsil olunacaq. Bunlar “Azad Vətən-CPD”  partiyaları İttifaqı, “Birləşmiş Vətən” partiyası, Artsaxın  “Ədalət” partiyası, Erməni İnqlab Daşnaktsyutsyun” partiyası  və Artsax “Demokratik” partiyasıdır.

Daha çox göstər
Back to top button