
“Azərbaycan xüsusi xidmətləri orqanlarının Facebook səhifələrindən birində erməni dilini bilən könüllülərə ehtiyac olduğu deyilən bir elan yerləşdirilib”.Bu haqda Facebook istifadəçisi Alen Ğulyan məlumatlandırıb.
“Qeyd etmək istərdim ki, sosial şəbəkələrin erməni dairələrində, xüsusən də Artsax qruplarında, bizim Silahlı qüvvələrimiz haqqında yanlış məlumatlar, həmçinin koronavirusla əlaqədar vahiməli yanlış və həyacan doğuran məlumatlar əsasən bu səhifəni işlədən qrup tərəfindən yayılmaqdadır.
Açıq –aydın görünür ki,düşmənin xüsusi xidmət orqanları və Müdafiə nazirliyi nədznində işləyən qruplar sosial şəbəkələrdə öz əməllərinin cəbhəsini genişləndirməyə cəhd edir.
Bu qrupların sərəncamında hazırkı anda erməni istifadəçilərinin minlərlə sındırılmış səhifələri var ki, onlardan bəziləri uzun müddət istifadə olunur, digərləri isə tezliklə meydana girəcək.
Ayıq və diqqətli olun”-deyərək məlumatda bildirilib.







