ArtsaxBaşlıca

Artsaxda ilk kornavirus hadisəsi qeydə alınıb

Artsaxda koronavirus hadisəsi qeydə alınıb. Səhiyyə Nazirliyi bildirib ki, əvvəlki gün Ermənistana göndərilən iki testin nəticələrinin biri müsbət, digərinin isə mənfi olub. Məlumatı Artsax İnformasiya Qərargahı yayıb.

“Təsdiqlənmiş hadiəsiylə bağlı xatırlatmaq istəyirik ki, yoxulanan insan 2 aprel səhər təcili yardım maşını ilə Kaşatağ Tibb Dərnəyinə aparıldı və təcrid olundu, çünki o, Ermənsitanın “infeksiya mənbəyi” sayılan qəsəbəsindən Artsaxa qayıtmışdı. Testdən keçən ikinci vətəndaş, Ermənistandan qayıdan bir vətəndaşın qohumu idi. Aprelin 4-də bronxit simptomları ilə eyni tibbi birliyə köçürüldü”- deyə məlumatda bildirilir.

Vətəndaşın Ermənistandan Artsaxa qayıtdıqdan sonra Kaşatağ bölgəsinin Mirik kəndində olduğunu nəzərə alaraq, əvvəlki günlərdə onunla əlaqəli olan bütün 17 vətəndaş təhlükəsizlik səbəbiylə təcrid etmişdilər. Bu vətəndaşların hazırda hər hansı simptomu yoxdur.

Bir neçə gün əvvəl Artsax Epidemiologiya və Gigiyena Mərkəzi onunla mümkün əlaqələrin əhatəsini aydınlaşdırdı və özünü təcrid etmiş vətəndaşların fərdi evlərində zəruri dezinfeksiya işləri apardı.

Qeyd edək ki, qəsəbə rayon mərkəzindən 39 km və paytaxtdan 89 km məsafədə yerləşir. Vətəndaş təcrid olunduqdan sonra yuxarıda adı çəkilən qəsəbə nəzarət altına alındı.

Yalan və təsdiqlənməmiş xəbərlərin qarşısını almaq üçün Artsax Respublikasında formalaşan yeni koronavirusun yayılmasının qarşısının alınmasını əlaqələndirən idarələrarası komissiyanın məlumat mərkəzi vasitəsilə təqdim olunan rəsmi xəbərləri izləməyə çağırırıq.

Xatırladaq ki, Ermənistanda koronavirus virusuna yoluxanların sayı 853-ə çatmışdır, son bir gündə 20 yeni hadisə qeydə alınmışdır.

Daha çox göstər
Back to top button