Başlıcaİctimaiyyət
Azərbaycanda 717 nəfər koronavirusa yoluxub, onlardan 8-i ölüb

Azərbaycan Respublikasında 76 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib.
Bu barədə “Report”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Hazırkı dövrədək Azərbaycanda 717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 44 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 665 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 23 nəfərin vəziyyəti ağır, 31 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.







