Başlıcaİctimaiyyət

Azərbaycanda karantində olanlar etiraz aksiya keçirib

Bakının kənarında “Atletlər şəhərciyi”ndə (Olimpiya kəndi) karantində saxlanılan onlarla şəxs ötən axşam etiraz aksiyası təşkil edib. Məlumatı Turan agentliyi yayıb.

İki həftə karantində qaldıqdan sonra onları evlərinə buraxmayıblar, halbuki,  heç birində koronavirus aşkar edilməyib. Karantində qalmalarının səbəbini kimsə izah etmir.

Onlar binanın eyvanlarına çıxaraq “Azadlıq!” şüarını səsləndiriblər,  qışqırıblar, müxtəlif əşyaları döyəcləyiblər.

Hadisə yerinə polis dəstələri gəlib, amma adamlar sakitləşmək istəməyiblər. Bir uşaqlı qadın özbaşına binadan çıxmağa çalışıb, ancaq saxlanılıb. Bu, digər adamların etirazına səbəb olub,  onlar stul və  digər əşyaları küçəyə atmağa başlayıblar.

Əməliyyat Qərargahının nümayəndəsi gəldikdən sonra iki həftə karantində qalan 20-yə yaxın adam evlərinə buraxılıb. Digərlərindən müəyyən edilmiş müddəti gözləməyi xahiş ediblər və nəzərdə tutulan vaxtdan artıq saxlamayacaqlarını vəd ediblər.

Daha çox göstər
Back to top button