
Xüsusi uçuşla Ermənistana ölkədə koronavirus infeksiyasına qarşı mübarizə vasitələri gətiriləcək.Ermənistan Çinə o ölkədən aldığı tənəffüs cihazları və on minlərlə testlər gətirmək üçün təyyarə göndərib. Bu məlumatı Sputnik Armeniyaya komendant evindən bildirilib.
Martın 31-də ER Səhiyyə naziri Arsen Torosyan, yaxın günlərdə səhiyyə sisteminin yeni avadanlıqlarla doldurulacağını bildirmişdir.Onlar xüsusən 100 tənəffüs cihazları, 60.000 test, eləcə də digər tibbi avadanlıqlar – maskalar, tibbi geyimlərdir.
“Təyyarə bu gün yolauçubdur, sabah ya da birisi gün geri qayıdacaq.O Çindən alınan tibbi avadanlıq və ləvazimatlar gətirəcəkdir”-deyərək komendant evindən bildirilib..
Torosyanın qeyd etdiyi 100 nəfəs aləti, 60.000 test, maska, xüsusi tibbi geyim və eynək məhz bu uçuşla Ermənistana gətiriləcək. Xatırladaq ki,bu günə qədər Ermənistanda koronavirus xəstəliyinə yoluxanların sayı 853 nəfərdir. Təhlükəli infeksiyayadan 87 nəfər müalicə almış, 8 nəfər vəfat etmişdir.

Martın 16-dan aprelin 14-dək Ermənistanda koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində Fövqəladə vəziyyət elan edilib. Aprelin 1-dən etibarən daha sərt tədbirlər həyata keçirilib.
Ölkəyə giriş-çıxış məhdudlaşdırıldı,Yerevanda və digər şəhərlərdə ictimai tədbirlərə qadağa qoyulub, bir sıra restoran, kafe və mağazalar bağlanıb (ərzaq istisna olmaqla). Təhsil və mədəniyyət müəssisələri həmçinin bağlanıbdır.
Xaricilərin ER-na girişinə icazə verilmir.







