İctimaiyyət
Azərbaycanda yenə müxalifət nümayəndəsi saxlanılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Baba Süleymanovun bugün, aprelin 14-də Nəsimi Rayon Məhkəməsinin hakimi Cəmilə Musayevanın qərarı ilə 30 sutka inzibati həbs cəzası aldığı bildirilir.
Bu barədə AXCP-dən AzadlıqRadiosuna danışıblar. Partiyadan verilən məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin (IXM) 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə ittiham edilib.
Xatırladaq ki, aprelin 13-dən 14-nə keçən gecə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Baba Süleymanovun saxlandığı bildirilir.
Məlumata görə, B.Süleymanovu Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları AXCP sədri Əli Kərimlinin evinin qarşısında saxlayıb.







