
Ermənistan Silahlı Qüvvələrinin 6 hərbçisi koronavirusdan sağaldılar və azad edildilər. Bu haqda Ermənistan Silahlı Qüvvələrinin tibbi idarəsi üzrə rəhbəri Sahak Ohanyan aprelin 13-də keçirdiyi brifinq zamanı bəyan edib.
Onun sözlərinə görə, hərbçilər arasında ağır və ya çox ağır pasientlər yoxdur. TAO qurğusuna birləşən və ya sətəlcəm xəstələri də yoxdur. Təcrid olunanların və xəstələrin sayına gəlincə, Sahak Ohanyan bu cür məlumatların yayımlanmasını məqsədəuyğun hesab etməyib. “Yalnız onların azsaylı olduğunu deyə bilərəm”-deyərək idarə rəhbəri əlavə edib.
Sahak Ohanyan qeyd etdi ki, hazırda ordunin kazarmalaşma vəziyyətinə keçmək üçün ehtiyac yoxdur.Hərbi həkimlər vəziyyəti dəf etməyə qadirdir.
“Əgər lazım gələrsə oxşar qərar qəbul ediləcək”-deyərək Ohanyan vurğuladı ki. Həkimlər epidemiya şəraitlərində işləmək sınağına,məsələn donuz qripi kimi xəstəliyə üstün gəlməyə qadirdir.
Onun sözlərinə görə, hərbçilərin xəstəliyi amilində doğmaları məlumatlandırılmalıdır. Müqaviləli hərbiçilər və zabitlərinin hərbi hissədən kənara çıxaraq əhali ilə ünsiyyət qurması və bununla da hərbiçilər üçün potensial yoluxma mənbəyinə çevrilməsinə təhlükə deyilmi?-sualına idarə rəhbəri qeyd etdi ki, oxşar qaydada hərbiçilərə mümkün qqədər təmasları ixtisar etmək çağırışı edilib.
Eyni zamanda, idarə rəhbəri hərbi bölmələrdən birinə qida təchiz edən şirkətin qabyuyanının təcrid olunduğu barədə mediada yayılan xəbərləri təsdiqlədi.
Onun sözlərinə görə, bütün əlaqə dairəsi təcrid olunmuşdur, şirkət rəhbərliyi vəziyyəti izləyir. Ohanyan xəstənin hərbiçilərlə ünsiyyət qurmadığını, yalnız qabları yuyduğunu xüsusilə vurğuladı.
Birinci yoluxma hadisəsinə gəlincə, Sahak Ohanyanın sözlərinə görə, artıq bütün xəstələr sıralara qayıtdılar və hərbi bölmə xidməti öz təbii ritmindədir.
İdarə rəhbəri həmçinin bildirdi ki, Artsax Müdafiə Ordusunda koronavirus infeksiyasıyla yoluxma hadisələri qeydə alınmayıb. Ermənistan Silahlı Qüvvələrinin tibb işçiləri arasında xəstələr yoxdur.







