
Artsax Respublikasında prezident seçkilərinin ikini mərhələsinin ilkin nəticələrinə əsasən, səslərin 88%-i ilə Arayik Harutyunyan prezident seçilib. Bu barədə Artsax Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Srbuhi Arzumanyan mətbuat konfransında bildirib.
“Seçkilərdə 47165 nəfər və ya seçicilərin 45%-i iştirak edib. Masis Mailyana 5728 nəfər səs verib (12%), Arayik Harutyunyana isə, 39860 səs verilib (88%)”, – deyə Arzumanyan qeyd edib.







