

Hollandiya Ali Məhkəməsi, Azərbaycan-Türkiyə Mədəniyyət asosiassiyası sədrini milli ayrıseçkilik təbliği ilə bağlı çıxardığı hökm barədə əvvəlki qərarlarını qüvvədə saxladı. Bu barədə Ermənistanın Hollandiyadakı səfiri Tiqran Balayan öz Facebook səhifəsində yazıb.
“2014-cü ildə Almeloda, Erməni Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Memorialı yaxınlığında keçirilən etiraz mitinqində İlhan Aşkin elan etmişdir ki, “ Qarabağ ermənilərin məzarına çevriləcək”.

Bu qərar Hollandiyada yaşayan soydaşlarımızın ardıcıllıqla olan mübarizəsinin nəticəsidir və irqçiliyin təzahürlərinə qarşı qətiyyətli bir qələbədir.
Hollandiya məhkəməsi bununla da tolerantlığın və qanunun aliliyinin qarantı rolunu bir daha təstiq etdi”-deyərək Balayan yazıb.







