
Fövqalədə vəziyyət rejiminə baxmayaraq, hərbi sənayenin bütün sifarişləri yerinə yetirilir. Bu haqda parlament iclasında ER Yüksək exnoloji sənaye naziri Hakob Arşakyan bu günki bildirdi.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti ilin sonunadək uzunmüddətli sifariş sxemini işləyəcək.
Arşakyan yaxın vaxtlarda Hərbi sənaye komitəsinin yeni rəhbərinin təyin olunacağını qeyd edib.
Xatırladaq ki, aprelin 9-da Ermənistanın Dövlət Hərbi-Sənaye Komitəsi Müdafiə nazirliyindən ayrılacaq və Yüksək texnoloji sənaye nazirliyi tərəfindən idarə ediləcəyi məlum olub. Belə bir qərar hökumət iclasında qəbul edilmişdir.







