
Amerikanın Hay Dat Komitəsi (ANCA) ABŞ Dövlət Departamentinin ABŞ-ın Ermənistandakı səfirliyinə koronavirus epidemiyasının geniş yayılması fonunda hazırkı yardım paketinin Ermənistana necə uyğunlaşdırılacağını öyrənməsi barədə tapşırıqının rəsmi təsdiqini alqışlayıb. Bu barədə ANCA-nın press-relizində bildirilib.
ANCA prezidenti Raffi Hamparyan, ABŞ-ın Ermənistana hazırkı yardım paketini aydınlaşdırmaq üçün atdığı ilk addımı alqışlayıb.
2020-ci il aprelin 3-də Raffi Hamparyan ABŞ-ın Dövlət katibi Mayk Pompeoya məktub göndərərək, koronavirusla mübarizədə kömək etmək üçün ABŞ-ın genişləndirilmiş yardım proqramı çərçivəsində Konqres tərəfindən təsdiqlənmiş yardım paketindən 25 milyon dolları yenidən bölüşdürülməyə çağırırdı. Dövlət Departamentinin katibi Pompeonun adından yazdığı cavabı, Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Corc Kent imzaladı.
Qeyd dək ki, Birləşmiş Ştatlar tərəfindən Ermənistana koronavirusla mübarizə üçün 1.7 milyon dollar yardım ayrılmışdır.







