
Artsax Respublikası parlamentinin sədri Aşot Ğulyan qlobal atəşkəs çağırışına və bununla bağlı ATƏT Parlament Assambleyasının (PA) sədri Georgi Tsereteli və PA Büro üzvlərinə Artsax Respublikasında ümumdövlət seçkiləri barədə bəyanatlara bəyanatlara cavab olaraq məktub göndərib. Məktubda, xüsusən deyilir:
“Zati-aliləri,
Hörmətli həmkarlar!
Artsax Respublikasının parlamenti adından, ATƏT Parlament Assambleyası rəhbərliyinin BMT Baş katibinin qlobal atəşkəsə çağırışına verdiyi dəstəyi alqışlayıram. ATƏT PA prezidentinin bütün tərəflərə BMT-nin atəşkəs çağırışına əməl etməsi tələbi də təqdirəlayiqdir.
Bu, vacib, zəruri və bənzərsiz bir təşəbbüs idi, onun həyata keçirilməsi beynəlxalq birliyin bəşəriyyət üçün bu qlobal təhlükəni aradan qaldırmaq naminə kollektiv səylərinə böyük töhfədir.
Əminik ki, yeni koronavirus epidemiyası ilə mübarizədə böhran yaşanan zamanlarda köhnə stereotiplərdən və keçmiş mirasın bölücü xətlərindən qurtulmaq lazımdır. Bu qlobal yoluxma nəticəsində yaranan bu qlobal sınaq testinə biz yalnız birgə səylər vasitəsiylə üstün gələ bilərik.
Martın 24-də Azərbaycan-Qarabağ münaqişəsi zonasında atəşkəsə ciddi əməl etmək öhdəliyini bir daha təsdiqləyən Artsax Respublikası, BMT Baş katibinin çağırışına dərhal cavab verdi. Bu günlərdə ümumyoluxma səbəbiylə yaranmış vəziyyət xüsusi siyasi gündəminə xidmət etməkçün istənilən cəhd beynəlxalq ictimaiyyət üçün son dərəcə təhlükəli nəticələrə səbəb ola bilər ki, bu da qətiyyətlə məhkumedicidir.
Bu kontekstdə ATƏT PA Bürosu üzvlərinin Artsaxdakı son seçkilərlə bağlı müşahidələri dərindən məyusedicidir. Üstəlik, bu müşahidələr ATƏT Minsk qrupu həmsədrlərinin mövqeyi və qiymətləndirmələrindən köklü şəkildə fərqlənir. 2020-ci il martın 31-də olan bəyanatında “Dağlıq Qarabağ xalqının gələcəyini təyin etmək işində rolunu tanıdılar”.
Bu cür müşahidələr, eyni zamanda, ATƏT PA rəhbərliyinin ATƏT Minsk Qrupu həmsədrlərinin Azərbaycan-Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş səylərini tam dəstəklədikləri barədə dəfələrlə verdiyi bəyanatlara ziddir.
Hörmətli ATƏT PA Bürosunun üzvləri,
Seçkilər Artsax Respublikası üçün yenilik deyil və 1991-ci ildə müstəqillik qazandıqdan bəri ölkənin siyasi həyatının ayrılmaz hissəsi olmuşdur. Hətta ATƏT / DTİHB Şurasının ilk əlavə iclasından sonra, 1992-ci il Helsinki Qərarında da açıq şəkildə bildirilir ki, Dağlıq Qarabağın seçilmiş nümayəndələri danışıqlar tərəfdarıdır.
Beynəlxalq vasitəçilər, eləcə də Bakı, seçkilər yolu ilə formalaşan Artsax hakimiyyəti ilə birbaşa əlaqə saxladılar. 1994-cü ilin mayında atəşkəsin qorunması üçün yol açan Bişkek Protokolunu hər üç tərəfin seçilmiş nümayəndələri, Artsax, Ermənistan və Azərbaycan parlamentlərinin rəhbərləri imzalamışdır..
Fürsətdən istifadə edərək, Sizə bildirmək istəyirəm ki, Artsax Respublikasında ümumdövlət seçkilər beynəlxalq standartlara uyğun olaraq rəqabətli və azad şəraitdə keçirilmişdir.
Seçkilər zamanı koronavirusun yayılmasının qarşısını almaq üçün bütün zəruri profilaktik tədbirlər görülmüşdür. Nəticədə seçkilər seçicilərin fəal iştirakı ilə rəqabətli və azad şəraitdə keçdi.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 5 siyasi partiya parlamentə keçib. Prezidentliyə namizədlərdən heç biri lazımi sayda səs toplamadığından, Prezident seçkilərinin ikinci turu aprelin 14-də təyin edildi.
Onu da qeyd edək ki, 1991-ci ildə müstəqillik əldə etdikdən bəri Artsaxda bir sıra seçkilər və referendumlar, sonsuz dərəcədə çətinliklə keçirilib o cümlədən Azərbaycan tərəfindən top və raket atəşləri altında.
Sizi inandırım ki, həm o günlərdə, həm də bu gün Artsax xalqı və hakimiyyəti azad, müstəqil və demokratik bir dövlət qurmaq üçün seçdikləri yola sadiq qalır və yol boyu hər cür maneə və çətinlikləri sinə gərməyə etməyə hazırdır”.







