
ER Xarici şlər naziri Zohrab Mnatsakanyan aprelin 29-da, AB-nin Cənubi Qafqazda Böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar ilə telefon söhbətini keçirib.
ER Xarici işlər nazirliyinin İnformasiya və İctimai diplomatiya İdarəsindən verilən məlumata görə, həmsöhbətlər yeni növ koronavirusun yayılması ilə əlaqədar yaranan çətinliklər və onların aradan qaldırılması istiqamətində atılan addımları müzakirə etmişlər.
“Həmsöhbətlər regionda son hadisələrə toxunmuşlar. Artsaxdak keçirilən Prezident və parlament seçkiləri kontekstində nazir Mnatsakanyan, Artsaxdakı seçkilərin insan hüquqlarının həyata keçirilməsi, təhlükəsizliyin təmin edilməsi baxımından demokratik standartlara uyğun olmasının vacibliyini vurğuladı.
Artsax xalqının təhlükəsizliyinin təmini və sülh prosesinin nailiyyətli inkişafı ən önəmli hesab olunub.
Görüşdə, eyni zamanda, aprelin 21-də ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin iştirakı ilə keçirilmiş video konfransa toxunuldu, nəticədə ortaq beş tərəfli bəyanat qəbul edildi.
Bununla əlaqədar, hər iki tərəf yeni növ koronavirusa qarşı qlobal mübarizə kontekstində atəşkəs rejiminin qorunması və möhkəmləndirilməsi üçün qeyd-şərtsiz addımların atılmasının vacibliyini qeyd edib” –deyərək məlumatda qeyd olunub.







