
Artsaxın Şərq hissəsində yerləşən erməni ön dayaq mövqeləri istiqamətində rəqib 60 mm-lik qumbaraatanlardan istifadə edib. Dağlıq Qarabağ Müdafiə nazirliyi bildirir ki, hadisə nəticəsində Müdafiə Ordusunun bölmələri itki verməyib. Erməni qoşun bölmələri tərəfindən əldə olunan cavab tədbirlərindən sonra rəqibin fəaliyyəti susdurulub.
Artsaxın Müdafiə nazirliyi bildirir ki, bu, 2019-cu ilin iyun ayından bəri Azərbaycan silahlı qüvvələrinin erməni mövqeləri istiqamətində qumbaraatanlardan istifadə etmək hadisəsi ilk dəfədir.
Artsax Prezidentinin iş heyət üzrə rəhbər müavini Davit Babayan sərhəd vəziyyətiylə bağlı qeyd etdi sabitdir, erməni qüvvələri Artsaxın təhlükəsizliyini və müstəqilliyini nəzarətdə saxlayır və müdafiə edir.
Azərbaycanın silahlı qüvvələri tərəfindən 2019-cu ildən bəri minaatanlardan istifadə edilməsinə gəlincə, Babayan Azərbaycanın oxşar silahlardan istifadə etməmişdirsə bu o demək deyil ki,o dövlət öz baxışını nə niyyətini yenidən nəzərdən keçirib.” Azərbaycan strateji yox taktiki vəziyyətdən çıxmaqla oxşar addımlar atıb
Azərbaycan dəyişməyib. Bilirsiniz ki, onlar Artsaxın gələcəyini, ermənilərin taleyini necə görürlər. Heç nə dəyişməyib.Biz ilyuziyalarla yaşamamalıyıq. Xeyr. Onlar bizə ziyan vurmaq naminə ən gözlənilməz və ən namünasib anlardan istifadə edəcəklər. Bu birmənalıdır”- deyərək Davit Babayan bildirdi.
Genişmiqyaslı hərbi əməliyyatların mümkünlüyündən danışan Babayan Azərbaycanın bu addımının hələ genişmiqyaslı hərbi əməliyyatlardan danışmadığını vurğuladı.
“Oxşar addımlar genişmiqyaslı hərbi əməliyyatlara işarə etmir. Lakin onların ümumi təssəvvürlərinə dəlalət edir ki, onlar da dəyişməzdir.
Əlbətdə hər an geniş miqyaslı tədbirlər ola bilər, amma bunun üçün müvafiq ilkin şərtlər var. Eynisi aprel müharibəsindən bir neçə ay əvvəl olub. Hazırkı anda oxşar şeylər yoxdur, amma biz həmişə hazır olmalıyıq” – deyərək Davit Babayan qeyd edib.
Onun sözlərincə, hazır olmaq bir sıra sahələrdə ciddi iş deməkdir. “İndi vəziyyət bizim üçün bir az özəldir, çünki daxilimizdə problemlər var. Bilirik ki, onlar, bizim düşmənimizdir, onlar, bizi məhv etmək və əzmək istədiklərini gizlətmir.
Paşinyan-Əliyev son görüşünü xatırlayın, Əliyev tarixi necə təqdim edirdi?. Bu onların yanaşmasıdır. Bu cür inkişafların qarşısını almaq üçün nə etməliyik?… Biz gərək düzgün geosiyasətçilik yürüdək.Min bir problemlər var.
Daima bu istiqamətdə çalışmalıyıq. Daxili rəqabət və ziddiyyətlər bizi yolumuzdan yayındırmamalıdır biz buna çalışmalıyıq.Elə olmasın ki, bir vəziyyətə çataq ki,haçan xarici sərhəddə nəyi ki, etməliyik edə bilməyək”-deyərək Davit Babayan qeyd edib.







