
Mayın 1-də Gürcüstanda azərbaycanlıların məskunlaşdığı Musevani kəndində polislə yerli sərxoş gənclər arasında insident baş verib.
Həkimlər və Gürcüstan Daxili işlər nazirliyinin rəsmiləri koronavirusda şübhəli bilinən bir kəndlini xəstəxanaya yerləşdirmək istəmişlər. Ancaq yerlilər,məlumata görə xəstənin doğmaları yolu bağlamış və polisə qarşı müqavimət göstərmişlər.
Mülkiyyətə ziyan vurma faktı ilə cinayət işi açıldı, gənc azərbaycanlılar gürcü polis maşınlarını daşa basmışlar.
Gürcüstanda karantin tətbiqi zamanı yerli azərbaycanlılarla Gürcüstan hakimiyyətinin nümayəndələri arasında artıq bir neçə dəfədir ki,insident baş verib.







