
Milli Təhlükəsizlik Xidmətindəki islahatlar məhkəmə-hüquqi sisteminin islaharları və korrupsiyaya qarşı mübarizənin strategiyasına daxildi. Bunu mayın 6-da ER parlamentində 2019-cu il planının həyata keçirmə prosesi ilə bağlı heabatın müzakirəsində Baş nazir Nikol Paşinyan deputatlarla sual-cavab zamanı bildirib.
Onun sözlərinə görə, bu islahatlar nəticəsində MTX yaxın gələcəkdə öz “praktik əhəmiyyətini” tamamilə dəyişdirəcəkdir. “Xüsusilə MTX-niin İstintaq və antikorrupsiya fəaliyyətləri tamamilə aradan qaldırılacaq və bunun sayəsində o öz diqqətinin tamamilə mübarizə və təhlükəsizlik, həmçinin Konstitusiya quruluşunun qorunmasına yetirə biləcəkdir”,-deyə Paşinyan açıqladı ki, 2 il əvvəl məhz o, korrupsiya ilə mübarizəni MTX-nin üzərinə qoymuşdur.
Baş nazirin sözlərincə, bu xidmət heç vaxt Nazirlik olmayacaqdır. Hərbi baxımdan kəşfiyyat MTX-nin fəaliyyəti olmamalıdır, bunun üçün ayrı bir kəşfiyyat xidməti yaradılacaqdır. Sərhəd Xidmətinə gəlincə isə, hibrid quruluş olacaqdır.







