BaşlıcaİdmanSiyasət

Anna Nağdalyan İlham Əliyeva: “Çardaxluda Böyük Vətən Müharibəsi qəhrəmanlarının abidələri nə vaxt bərpa ediləcək?”

Ermənsitan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan İlham Əliyevin “TASS”-ə müsahibəsində Ermənistana dair şərhlərinə tounub.

XİN rəsmisinin bəyanatında qeyd oluur.

““Böyük Vətən Müharibəsinin 75-ci ildönümü dünya şərinə qarşı mübarizə aparan və qalib gələn bütün xalqların fədakarlığını və birliyini xatırlamaq və yad etmək üçün yaxşı fürsətdir.

Əminik ki, tarixi yaddaş insan ləyaqətinin ən vacib dəyəridir, lakin həmin tarixi yaddaşın saxtalaşdırılması və bunun dar siyasi maraqlarına xidmət etmək cəhdləri onu göstərir ki, onların müəlliflərinin nə tarixi, nə ləyaqət, nə də yaddaş hissi var.

Çox təəssüf ki, Azərbaycan prezidenti növbəti dəfə İkinci Dünya Müharibəsində nasistlərə qarşə qələbənin 75-ci ildönümünü erməni xalqına qarşı on illərlə davam edən düşmənçilik təbliğata xxidmət etdirməyə calışıb.

İkinci dünya müharibəsində müttəfiqlərin qələbəsində erməni xalqının verdiyi töhfələr dünya tarixinin səhifələrinə qızıl hərflərlə yazılıb.

Qırmızı Ordu və onun milli bölmələrində, anti-Hitler koalisiyasına üzv dövlətlərin ordularında, müqavimət hərəkatı, kəşfiyyat sıralarında olan bütün qəhrəman ermənilərin adlarını qürurla xatırlayırıq.

Onlar sədaqətləri və cəsarətləri ilə atalarının və milli qəhrəmanların, o cümlədən I Dünya Müharibəsi illərində şan-şöhrət qazananların xatirəsinə layiq oldular.

Bu gün Ermənistan Respublikasında Böyük Vətən Müharibəsi iştirakçılarına həsr olunan təxminən altı yüz abidə dövlətin himayəsində və qayğısındadır. Məhz bunlar da qələbəmiz tarixinin səssiz şahidləridir.

Abidələrə qarşı hörmətsizlikləri sadəcə sözlə qınamırıq. Ermənistanın tarixində İkinci Dünya Müharibəsi döyüşçülərinə hısr olunmuş heç bir abidə hörmətsilziyə məruz qalmayıb.

Bu baxımdan Azərbaycan rərbərliyinə sual vermək istəyirəm ki, bunun cavabı isə hamımız iş olaraq görməyi gözləyirik: Azərbaycan Respublikası dövründ Çardaxluda Böyük Vətən Müharibəsi qəhrəmanlarına, o cümlədən sovet marşalları Hovhannes Bağramyan və Hamazasp Babajanyana həsr olunmuş abidələr nə vaxt bərpa ediləcək”.

Daha çox göstər
Back to top button